Rusiya Zaporojyadakı avtovağzalı vurdu: 21 nəfər yaralandı

Rusiya Zaporojyadakı avtovağzalı vurdu: 21 nəfər yaralandı
DÜNYA
14:59 11.08.2025
406
Rusiya qüvvələri Ukraynanın Zaporojya şəhərində KAB tipli idarə olunan hava bombası ilə avtovağzalı vurublar.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Zaporojya Regional Dövlət Administrasiyasının sədri İvan Fedorov açıqlayıb.
 
O qeyd edib ki, hücumda azı 21 nəfər yaralanıb və qalanlar dağıntıların altında qalıb.
 
Fedorov bildirib ki, həmin gün Zaporojya Tibb Universitetinin klinikası da vurulub, lakin xəsarət alan olmayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR