Rusiya zirehli texnikalarının Qazaxıstana göndərilmə görüntüləri - VİDEO

Rusiya zirehli texnikalarının Qazaxıstana göndərilmə görüntüləri - VİDEO
DÜNYA
11:23 08.01.2022
406
KTMT-nin Rusiya sülhməramlılarının hərbi qulluqçuları və hava-desant texnikası Qazaxıstana çatdırılmaq üçün İvanovo vilayətindəki aerodroma gətirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.

"İvanovo vilayətinin hava limanında Qazaxıstan Respublikasına uçan İl-76 hərbi-nəqliyyat təyyarələrinə hərbi qulluqçuların və hava-desant qüvvələrinin yüklənməsinə başlanılıb. Hərbi-nəqliyyat təyyarələri ilə 20-dən çox təyyarə uçuşunun həyata keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Həmçinin bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları ölkəyə gəldikdən sonra öz tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar.
 

OXŞAR XƏBƏRLƏR