Rusiya Zukerberq və ABŞ vitse-prezidentini “qara siyahı”ya saldı

Rusiya Zukerberq və ABŞ vitse-prezidentini “qara siyahı”ya saldı
DÜNYA
22:59 21.04.2022
423
Rusiya daha 27 ABŞ vətəndaşının ölkəyə girişini qadağan edib.

Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, siyahıya yüksək səviyyəli məmurlar, iş adamları, ekspertlər və jurnalistlər, habelə yüksək vəzifəli məmurların həyat yoldaşları olmaqla 29 amerikalı daxil edilib.

Onların arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris və "Meta” şirkətinin rəhbəri Mark Zukerberq də var.

Bundan əlavə, 61 Kanada vətəndaşına qarşı da analoji sanksiyalar tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR