Rusiyada 11 Azərbaycan vətəndaşı saxlanıldı

Rusiyada 11 Azərbaycan vətəndaşı saxlanıldı
DÜNYA
12:15 21.07.2014
792
Rusiyada polis əməkdaşları 11 Azərbaycan vətəndaşını saxlayıblar.AZXEBER.COM-un Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər Moskvadan olan iş adamını oğurlamaqda şübhəli bilinir.

Biznesmeni oğurlayan şəxslərin ondan 500 min dollar tələb etdiyi bildirilir.

Saxlanılan Azərbaycan vətəndaşları 28-47 yaş arasındadır.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “İnsan oğurluğu” maddəsi ilə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR