Rusiyada 38 minə yaxın koronavirusa yoluxma qeydə alındı

Rusiyada 38 minə yaxın koronavirusa yoluxma qeydə alındı
DÜNYA
18:38 25.10.2021
388
Rusiyada son sutka ərzində 37 930 nəfər koronavirusa yoluxub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub. Oktyabrın 23-də 37 678 yoluxma qeydə alınmışdı

Eyni zamanda ölkədə son sutkada 1 069 nəfər vəfat edib. Oktyabrın 23-də 1 075 nəfər virusun qurbanı olmuşdu.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,27 milyon nəfəri, ölənlərin sayı isə 231 min nəfəri ötüb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.
OXŞAR XƏBƏRLƏR