Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.
Beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.
Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.
Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.
Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub.