Bu gün səhər saatlarında Rusiyanın Kuril adaları sahillərində 5,8 bal gücündə zəlzələ olub.
AZXEBER.COM lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 15 kilometr şərqdə, ocağı isə 140 kilometr dərinlikdə yerləşib