Rusiyada 6 gün ərzində baş verən yol qəzalarında 211 nəfər ölüb

Rusiyada 6 gün ərzində baş verən yol qəzalarında 211 nəfər ölüb
DÜNYA
19:02 08.05.2022
369
Rusiyada may ayının ilk 6 günü ərzində baş verən yol qəzaları nəticəsində 10-u uşaq olmaqla 211 nəfər həlak olub.
 
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında deyib.

"Uzun tətillər dövründə, təəssüf ki, zərərçəkənlərin də olduğu yol qəzalarının sayının artdığını müşahidə edirik. May ayının ilk altı günü ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 10-u uşaq olmaqla 211 nəfər ölüb.

Yol-nəqliyyat xəsarətləri çox vaxt sağlamlığa ciddi zərərlərə və əlilliyə səbəb olur. Mayın 1-dən mayın 6-dək yol qəzalarında 2 144 nəfər xəsarət alıb ki, onlardan 309-u uşaqdır", - deyə nazir bildirib.
OXŞAR XƏBƏRLƏR