Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU

Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU
SOSİAL
16:10 15.07.2025
279
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Novosibirskin "Qlobus" Akademik Gənclər Teatrının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu tamaşalar Rusiyanın "Böyük qastrollar" adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı.

"Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının "Böyük qastrollar" proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib", - deyə açıqlamada qeyd olunur.

Ləğv edilən tamaşalar arasında "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (28 sentyabr) və "Hamlet" (29 sentyabr) var.

OXŞAR XƏBƏRLƏR