Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapıldı

Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapıldı
DÜNYA
12:19 18.01.2019
3783
Rusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Qurbanov Rasim Bəkir oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qurbanova Lyudmila Səməd qızı rayon kənarında yaşadıqları həyət evlərində qonşuları tərəfindən ölmüş halda aşkarlanıblar.

Sağlam həyat tərzi keçirmiş və qəflətən evlərində ölü tapılan ər və arvadın meyitləri üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Ailənin 8 və 6 yaşlı iki oğlan övladı var.
OXŞAR XƏBƏRLƏR