23:21 Bazar Ertəsi, 24 Iyun 2019
DÜNYA

Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar

15:41, 11.06.20192985
Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar
Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib. 

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində "Qazel” markalı avtomobildə aşkar olunub.

"Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.
XƏBƏR LENTİ