Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO

Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO
DÜNYA
14:19 25.08.2022
465
Rusiyanın Rostov şəhərində azərbaycanlı taksi sürücüsü güllələnib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisəni kapitan rütbəli hərbçi törədib.

Azərbaycanlı sürücü kapitanı müştəri kimi təyin olunan yerə apararkən söhbət Ukraynada gedən müharibədən düşüb. Sürücü Rusiyanın hərəkətlərini təcavüz adlandırıb, Rusiya ordusunun vəhşiliklərindən danışıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb.
Ətraflı

Bu vaxt əsəbləri dözməyən kapitan xidməti tapançasını çıxararaq sürücüyə 4 güllə vurub. Azərbaycanlı yerindəcə ölüb.

Faktla bağlı cinayət işi qaldırılıb.
 

 


 

OXŞAR XƏBƏRLƏR