Xəsarət alan şəxs xəstəxanaya yatırılıb.
Bazar günü - sentyabrın 20-də Tolyatti şəhərinin Avtozavodsk rayonunda polislər, cinayət törətməkdə şübhəli bilinən 33 yaşlı işsiz azərbaycanlını saxlayıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, sentyabrın 19-da saat 02:00-da Topoli küçəsində “Valensiya” barında o, 33 yaşlı həmyerlisinin sinə nahiyəsinə bıçaqla zərbə vurub. Xəsarət alan şəxs xəstəxanaya yatırılıb.
Hüquq-mühafizəçilərinin məlumatına əsasən zərərçəkən şəxs taksi sürücüsü işləyir.
Faktla bağlı “sağlamlığa bilərəkdən ağır zərər vurma” maddəsi üzrə cinayət işi qaldırılıb.