13:40 Bazar Ertəsi, 27 Yanvar 2020
HADİSƏ

Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: ölənlər var

10:24, 20.09.20192439
Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: ölənlər var
Dağıstanın Qayakənd rayonunun "Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə zamanı "Lada Qranta” və "Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. 

Qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. 

Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var. 

İlkin ehtimallara görə, hadisə "Hyundai Solaris” avtomobilinin əks yola çıxması nəticəsində baş verib.
 
///Oxu.Az 

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ