Rövşən münaqişəni taksi sürücüsünün yoldan keçərkən onu söyməsi ilə izah edir.
İnternetdə azərbaycanlı olduqları güman edilən üç qafqazlının Porsche Cayenne-dən düşərək motosiklet sürəni döymələrinin əks oldunuğu video yayılıb.
Video “Yolda qayda-qanun yaratdılar” adlanır.Porsche Cayenne-nin sahibi, Azərbaycandan Rusiyaya köçmüş Rövşən Səfərov Tverdə yaşayır. Həmyerlimizin YouTube-də yerləşdirilmiş videosunda görünür ki, iki azərbaycanlı əvvəlcə yolun kənarına sıxışdırılmış “jiquli”nin sürücüsünü döyürlər. Sonra isə kadrda sürücüyə kömək etmək istəyən bayker peyda olur.Dava başlayır, bu zaman “jiqulidə” daha üç sərnişin olsa da, onlar çox sərxoş olduqları üçün hansısa bir müqavimət göstərməyiblər yaxud da bunu etməkdən qorxublar.Rövşən Səfərov sosial şəbəkədəki səhifəsində münaqişəni taksi sürücüsünün yoldan ötərkən onu təhqir etməsi ilə əlaqələndirir. Əvvəllər Rövşən BMW avtomobilinin qarşısında şəkillər çəkdirsə də, bir müddət əvvəl Porsche Cayenne alıb.Rusiya internetində vəziyyət sərt şərhlərlə müzakirə olunur.
İndi baykerlər xuliqan qafqazlıları döyməyə hazırlaşırlar. Bundan başqa, müxtəlif avtomobil forumlarının istifadəçiləri Rövşən Səfərovu onun sosial şəbəkədəki səhifəsində söyür və cəzalandıracaqlarını bildirirlər. //oxu.az