Rusiyada azyaşlını döyən azərbaycanlı imiş - VİDEO

Rusiyada azyaşlını döyən azərbaycanlı imiş - VİDEO
DÜNYA
16:21 23.04.2018
9123
Rusiyada dörd yaşlı qızın atalığı tərəfindən amansız döyülməsinin bəzi təfərrüatı məlum olub. 

Krasnoyarskda yaşayan 20 yaşlı azərbaycanlı iki gün boyunca qaytan və kəmər vasitəsilə dörd yaşlı qızını döyüb. 

Hadisəyə səbəb isə uşağın "5”ə qədər saya bilməməsi olub. Qızın altı yaşlı qardaşı isə gəncin sualına doğru cavab verib. İnsidentin azyaşlıların anasının gözləri önündə baş verdiyi bildirilib. Bununla bağlı məlumat ananın dindirilməsi zamanı ortaya çıxıb. 

Həkimləri hadisə yerinə bu evdə kirayə qalan şəxs çağırıb. 

Hazırda azyaşlının xəstəxanada müalicəsini davam etdirdiyi qeyd edilib.
 
///Oxu.Az
 
 

OXŞAR XƏBƏRLƏR