Ötən gün Rusiyada güllələnən azərbaycanlı barədə yeni məlumatlar əldə etmişik.
AZXEBER.COM baku.ws-ə istinadən bildirir ki, İvanov şəhərinin Puşkin meydanındakı "Rokko" barında baş verən insident zamanı güllələnən şəxs 28 yaşlı Fazil Balıyevdir.
Onun Quba rayonunun Talıbıqışlaq kəndindən olduğu bildirilir.
Fazil Balıyevin nə üstündə vurulduğu tam dəqiqliyilə məlum olmasa da, həmkəndlilərinin sözlərinə görə, insidentə qadın məsələsi səbəb olub.
Hadisə nəticəsində güllələnən Fazil Balıyevin fotosunu təqdim edirik.