Rusiyada bazada qız üstündə dava - Azərbaycanlı adam öldürdü

Rusiyada bazada qız üstündə dava - Azərbaycanlı adam öldürdü
KRİMİNAL
19:26 20.05.2016
2426

Rusiyada azərbaycanlı kişi qıza görə qətl törədib.

Hadisə Miçurinskdə qeydə alınıb. Qətllə bitən münaqişə mayın 17-də gecəyarısı rayon ərazisindəki nəqliyyat bazasının ərazisində baş verib. 27 və 28 yaşlı iki yerli sakin birlikdə yeyib-içməyə və istirahət etməyə qərar veriblər. Qonaqlığın gedişatında içkili dostlar onların ikisinin də xoşuna gələn və hər ikisinin də münasibət qurmaq istədiyi bir qızdan danışmağa başlayıblar. Ancaq onların heç biri həmin xanımın ürəyini fəth edə bilməyibmiş.

Söhbət zamanı onlar haqqında danışdıqları qızın hansından xoşu gəlməsi barədə mübahisəyə başlayıblar. Daha sonra spirtli içki qəbul edən gənclərdən biri adı açıqlanmayan qızdan 26 yaşlı azərbaycanlının da xoşunun gəldiyini deyib.

İçkinin təsirindən əsəbiləşən kişilər həmin azərbaycanlıya zəng vurub olduqları yerə çağıraraq məsələni həll etməyə qərar veriblər. Telefon danışığı zamanı azərbaycanlı ilə həmin sərxoşlar arasında münaqişə yaranıb və oğlanlar görüşməyə, problemi müzakirə etməyə razılaşıblar.

Azərbaycanlı tezliklə altı nəfər dostu ilə birlikdə həmin adıçəkilən bazanın ərazisinə gəlib. Söhbət əsnasında onların arasında dava düşüb və həmyerlimiz cibindəki bıçaqla gənc rəqiblərindən birinin qarın nayihəsindən zərbə endirib. Daha sonra isə hadisə yerindən qaçıb.

Yaralanan şəxsin birgə yeyib-içdiyi yoldaşı əraziyə təcili yardım çağırsa da xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər gələnə qədər yaralı ölüb.

İşin ciddiləşdiyini görən azərbaycanlı şəhərdən qaçmağa qərar verib. O, dəmiryol vağzalına gələrək Mahaçqalaya bilet alsa da qaçmağa müvəffəq ola bilməyib. Polis əməkdaşları onu qatar yola düşmədən saxlayıblar.

Faktla bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda