Rusiyada bir gündə Dövlət Dumasının iki deputatı vəfat etdi

Rusiyada bir gündə Dövlət Dumasının iki deputatı vəfat etdi
DÜNYA
22:23 23.04.2023
290

Rusiya Dövlət Dumasının "Vahid Rusiya” fraksiyasından olan deputatı, Nümayəndələr Palatasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Bunu Rusiya Dövlət Dumasında "Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının "Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. O, Lipetsk vilayətinin Lebedyanski şəhərindəki evində dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR