Rusiya parlamenti "Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi”ndən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.
AZXEBER.COM Reuters-ə istinadən xəbər verir ki, Rusiya parlamenti "Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi”ndən çıxmaq haqqında qanun layihəsini qəbul edib.
Rusiyanın nüvə sınaqlarını qadağan edən sazişdən çıxması ilə bağlı qanun layihəsi parlamentin aşağı palatasında keçirilən səsvermədə yekdilliklə qəbul edilib və bu gün parlamentin yuxarı palatasında keçirilən səsvermədə 156 əleyhinə sıfır səslə qəbul edilib.
Qanun layihəsi imzalanmaq üçün Rusiya prezidenti Vladimir Putinə göndəriləcək.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, ABŞ "düşmənçilik” siyasətindən əl çəkməsə, Rusiya ABŞ-la nüvə məsələlərini müzakirə etməyə hazır deyil.
Gülay