Rusiyada cinsiyyət dəyişdirmək qadağan edildi

Rusiyada cinsiyyət dəyişdirmək qadağan edildi
DÜNYA
18:48 13.07.2023
234
Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul olunub.

Bu gün Dövlət Duması ikinci oxunuşda cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.

Qanunda qadağa anadangəlmə anomaliyaların və inkişaf qüsurlarının, həmçinin uşaqlarda cinsiyyət orqanlarının formalaşmasının pozulması ilə bağlı olan genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı tibbi müdaxilələrə şamil edilmir.

Bundan başqa, duma ər-arvaddan birinin cinsiyyətinu dəyişdirdiyi halda nikahın pozulmasına dair düzəlişi də dəstəkləyib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR