Rusiya Prezidenti Vladimir Putin Rusiyada cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını qadağan edən fərman imzalayıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanla artıq Rusiyada cinsiyyət dəyişdirmə əməliyyatları və hormon terapiyası aparılmayacaq.
Kreml İnformasiya Portalının "Rusiya vətəndaşlarının sağlamlığının qorunması prinsipləri haqqında qanun” başlığı ilə dərc etdiyi fərmanda cinsini dəyişmək istəyən və hormon müalicəsi almaq istəyənlərin bundan sonra səhiyyə müəssisələrinə müraciət edə bilməyəcəyi bildirilib.
Fərmanda cinsini dəyişmiş və əvvəllər nikah bağlamış şəxslərin nikahlarının etibarsız sayılacağı və bu şəxslərin övladlığa götürülə bilməyəcəyi, cinsiyyət orqanının anadangəlmə qüsuru olan şəxslərin cinsiyyət dəyişdirmə əməliyyatı və hormon terapiyası keçirə biləcəyi bildirilib.
Həmçinin fərmanda bu qərarın Rusiya ailə quruluşunu və konstitusiya əxlaqi əsaslarını qorumaq məqsədi ilə qəbul edildiyi vurğulanıb və bunun Rusiya vətəndaşlarının və uşaqların sağlamlığını qorumaq məqsədi daşıdığı deyilib.
Xatırladaq ki, Putin ötən il imzaladığı fərmanla Rusiyada qeyri-ənənəvi münasibətlər və cinsiyyətin dəyişdirilməsi ilə bağlı təbliğatı qadağan etmişdi.
Mikayıl