Rusiyada daha 741 nəfər koronavirusdan öldü

Rusiyada daha 741 nəfər koronavirusdan öldü
DÜNYA
18:51 10.01.2022
391
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 741 nəfər artaraq 316 904-ə yüksəlib.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 15 830 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 666 679 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 706 802 nəfər sağalıb.
OXŞAR XƏBƏRLƏR