Rusiyada deputat və həyat yoldaşı qətlə yetirildi

Rusiyada deputat və həyat yoldaşı qətlə yetirildi
DÜNYA
20:48 28.01.2020
6373

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR