Rusiyada dərslər dayandırıldı - Səbəb

Rusiyada dərslər dayandırıldı - Səbəb
DÜNYA
13:33 25.12.2021
472
Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.

Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb.
OXŞAR XƏBƏRLƏR