Rusiyada dron hücumu nəticəsində ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib.
Mərhum Ucar rayonunun Boyat kəndində dəfn olunacaq.
Qeyd edək ki, hadisə Rusiyanın Bryansk vilayətində baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mussaliyevin avtomobilinə dron zərbəsi endirilib, o, aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.











































