Rusiyanın Leninqrad vilayətindəki düşərgədə 5 uşaq göbələkdən zəhərlənib.
Bu barədə vilayətin Boksitoqorsk rayonunun administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, zəhərlənən uşaqların hamısı 2006-2009-cu il təvəllüdlü qızlardır.
Onlardan dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir, reanimasiya şöbəsinə yerləşdiriliblər.