Rusiyada döyülən məktəbli azərbaycanlı ilə bağlı müraciət edildi

SİYASƏT
17:19 04.11.2013
2187

Gənclər üçün Təhsil Mərkəzi Rusiyada yaşayan 14 yaşlı həmyerlimizin bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı Rusiyada fəaliyyət göstərən gənclər təşkilatlarına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə son günlər ərzində Rusiyada milli zəmində baş verən süni qarşıdurmaların Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurduğu ifadə olunub.Bildirilib ki, əhali arasında diskriminasiya meyillərinin çoxalması milli zəmində həyəcanın getdikcə artmasına, həmyerlilərimizin hüquqlarının pozulmasına və ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bu problem xüsusilə yeniyetmə və gənclərdə ksenofobiya hisslərinin daha geniş yayılmasına gətirib çıxarır.Mərkəz, ötən gün Rusiyada orta məktəb şagirdi, sağlamlıq imkanları məhdud olan 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun sərnişin avtobusunda döyülməsini və Rusiyadakı gənclərimizin yersiz hədələrlə üzləşməsini kəskin pisləyib.Müraciətin sonunda Rusiyadakı gənclər təşkilatlarından xahiş edilib ki, iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyə xələl gətirən bu problemlərin tezliklə aradan qalxmasına səy göstərsinlər.Müraciət 50-dən artıq Rusiya gənclər təşkilatına göndərilib.

OXŞAR XƏBƏRLƏR