Rusiyada əcnəbilər üçün uşaq dünyaya gətirmək qadağan oluna bilər

DÜNYA
13:49 18.01.2022
321
Rusiya Dövlət Duması surroqat analarının əcnəbilər üçün uşaq dünyaya gətirməsini qadağan etmək istəyir. Bu barədə qanun layihəsinin fevral ayında qəbul ediləcəyi düşünülür.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, layihədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada surroqat anadan istifadəsinə qadağa qoyulması təklif edilir. Bundan əlavə, bu qadağaya kimi surroqat ana tərəfindən doğulan və ya tərbiyə olunan uşaqlar məcburi Rusiya vətəndaşlığını almalıdırlar.

Qeyd edək ki, Rusiya surroqat analığın mümkün olduğu ölkələrdən biridir. Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə və Baltikyanı ölkələrdə bu qadağandır.

Böyük Britaniyada ancaq pulsuz əsaslarla mövcuddur, yəni uşağa bir əmtəə kimi münasibət istisna olunur.

OXŞAR XƏBƏRLƏR