Rusiyada faciə: Havaya qalxan batutdan iki azyaşlı yerə çırpıldı - FOTO

Rusiyada faciə: Havaya qalxan batutdan iki azyaşlı yerə çırpıldı - FOTO
DÜNYA
10:36 31.05.2021
646
Açıq meydanda quraşdırılmış batutun külək nəticəsində havaya qalxması zamanı iki azyaşlı qız yerə çırpılıb.

Bu barədə "BAZA” "Telegram” kanalı kadrlar yayıb.

Hadisə nəticəsində hər iki uşaq ağır xəsarət alıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Uşaqlardan biri süni tənəffüs aparatına qoşulub.

Batut havaya qalxanda onun üzərində daha iki oğlan uşağı olub, lakin onlar tullanmağa imkan tapıblar.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR