Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklandı

Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklandı
MEDİA
22:55 04.03.2022
343
Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından feysbuk tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.
OXŞAR XƏBƏRLƏR