Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

Rusiyada helikopter qəzaya uğrayıb, ölən var
DÜNYA
20:55 28.04.2022
423
Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı yerli fövqəladə halları idarəsi yayıb.

"Saratov vilayətində təlim uçuşu yerinə yetirərəkən helikopter qəzaya uğrayıb. Bir nəfər ölüb”, - məlumatda qeyd olunub.

Saratovun meri Mixail İsayev qəzanın baş verdiyini təsdiqləyərək, pilotlardan birinin sağ-salamat tapıldığını bildirib.

Hadisənin səbəbi və helikopterin göyərtəsindəki adamların sayı dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR