Rusiyada hərbi aerodrom üzərində partlayış

Rusiyada hərbi aerodrom üzərində partlayış
DÜNYA
19:25 29.12.2022
224
Rusiyanın Saratov vilayətinin Engels şəhərinin səmasında bir neçə partlayış baş verib.

Yayılan digər məlumatlarda isə qeyd olunur ki, partlayış Engels şəhərinin hərbi aerodromunda qeydə alınıb.

Xəbərlərə münasibət bildirən Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib ki, şəhər ərazisində hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Roman Busarqin vurğulayıb ki, hava sərhədini pozan naməlum obyekt məhv edilib.

Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə Rusiyanın bir neçə hərbçisi ölmüş və yaralanmışdı.
OXŞAR XƏBƏRLƏR