Rusiyada həqiqi hərbi xidmətə çağırılanlar Xüsusi Hərbi Əməliyyatın tapşırıqlarını yerinə yetirməyə cəlb olunmayacaqlar.
Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəis müavini, vitse-admiral Vladimir Tsimlyanskin bildirib.
Onun sözlərinə görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Federal Qanuna uyğun olaraq, vətəndaşların hərbi xidmətə çağırılması təqvim ili ərzində, 1 yanvardan 31 dekabra qədər həyata keçirilir.









































