Arxangelsk vilayətində partlayış baş verib.
AZXEBER.COM Trend-ə istinadən əbər verir ki, partlayış vilayətin hərbi hissələrindən birində qeydə alınıb. İnsident nəticəsində 2 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eləcə də sanitar aviasiyasının ayrılması barədə göstəriliş verilib.
Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil.