Rusiyada iki azərbaycanlı yandırıldı

Rusiyada iki azərbaycanlı yandırıldı
SOSİAL
18:00 23.12.2016
1143
Yeni Moskvada naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi azərbaycanlıdır.
 
Oxu.Az "Moskovski Komsomolets”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına hadisə barədə dekabrın 15-nə keçən gecə məlumat daxil olub və fakt üzrə adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Sosenskoe qəsəbəsinin "Potapovskaya roşa” adlanan hissəsində yerləşən evlərin birində naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi – 27 və 48 yaşlı ata və oğul Azərbaycan vətəndaşı, eləcə də 27 yaşlı yerli sakin bədənin 50-60% yanıq yaraları ilə xəstəxanaya yatırılıblar.
 
Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, 48 yaşlı atanı xilas etmək mümkün olmayıb. Cinayətkar axtarılır.
OXŞAR XƏBƏRLƏR