Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır

Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
SOSİAL
12:46 28.06.2025
442
Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib ki, Rusiyada yaşayan yaxınları hazırda təzyiq altındadır.

AZXEBER.COM xəbər verir ki, o, "Report"a açıqlamasında bildirib ki, sözügedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstək və diqqətini əsirgəməyib.

"Təəssüf ki, bu müsibət başımıza gəldi. Bu məsələdə Allaha və dövlətimizə güvənirəm. Bir neçə dövlət qurumundan mənimlə əlaqə saxlayıblar. Rusiyada yaşayan digər yaxınlarımız artıq Azərbaycan dövlətinin dəstəyini hiss etməyə başlayıblar. Rusiya tərəfi dövlətimizin dəstəyindən sonra qanunazidd addımlarından çəkinməyə başlayıb. Azərbaycanın Rusiyadakı səfirliyi, konsulluq, Diasporla İş üzrə Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır”, - o qeyd edib.

S.Hüseynlinin sözlərinə görə, onun digər qohumu Kamal Qədiməli oğlu Səfərov da işgəncə görüb:

"Hələ də aqibətindən xəbər olmayan yaxınlarımız var. Ölənlərin cənazələrinin təhvil verilməsi üçün danışıqlar gedir. Rusiya tərəfi meyitlərin təhvil verilməsi məsələsində lüzumsuz bəhanələr gətirir. Onlar bunu köhnə kriminal hadisənin hesablaşması kimi göstərməyə çalışırlar. Onların ürəktutmasından öldükləri barədə yalan məlumatlar yayırlar. Qarşı tərəf özünü bu məsələdə qeyri-obyektiv aparır. Qohumlarımız - qadınlı, uşaqlı, qocalı - hamısı təzyiq və qorxu altındadır”.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 3 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılardan 2-si Seyfəddin Hüseynlinin qardaşıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı iyunun 28-də bəyanat yayıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ci işlər naziri Ceyhun Bayramov və Qazaxıstan baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzaki', 'keywords' => 'Azərbaycan, olunub, naziri, xarici, işlər, müzakirə, arasında, əməkdaşlığın, Qazaxıstan, əldə, zamanı, Qazaxıstanın, inkişafına, olduqları, regional, səfərlərin, vurğulayıblar, etdiyini, xidmət, tutan', ), ), ); ?>
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
13:58 14.08.2025
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
13:54 14.08.2025
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
13:47 14.08.2025
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
13:32 14.08.2025
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
Tramp və Putin sabah görüşəcək
13:32 14.08.2025
Tramp və Putin sabah görüşəcək
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
13:31 14.08.2025
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
13:30 14.08.2025
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
13:28 14.08.2025
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
13:23 14.08.2025
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
13:18 14.08.2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
12:59 14.08.2025
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
Hollandiyada hava şarı qəzası: Ölən var
12:56 14.08.2025
Hollandiyada hava şarı qəzası: Ölən var
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
12:50 14.08.2025
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
12:49 14.08.2025
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
12:48 14.08.2025
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir
12:41 14.08.2025
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir