Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü

DÜNYA
12:29 09.04.2020
777
Rusiyada son bir gündə 1 459 nəfərə koronavirus diaqnozu qoyulub, 13 nəfər virusun qurbanı olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 10 131 nəfərə, ölənlərin sayı 76-ya, sağalanların sayı isə 698 nəfərə çatıb. Beləliklə, son sutkada ölkədə qeydə alınmış koronavirus hallarının sayı 16,8% artıb.

Yeni yoluxmalar ölkənin 50 bölgəsində qeydə alınıb. Bildirilib ki, yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 857. Rusiya paytaxtında yoluxanların ümumi sayı 6 698 nəfərdir. 

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 331 014 nəfəri sağalıb, 88 550 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR