Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötdü
DÜNYA
19:20 22.01.2022
352
Rusiyada son sutka ərzində 57 212 nəfər koronavirusa yoluxub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 49 513 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,04 milyonu ötüb.

Eyni zamanda, son sutkada 6812 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 692 nəfər idi.
 

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 325 433 nəfərə çatıb.


OXŞAR XƏBƏRLƏR