Rusiyada koronavirusdan ölənlərin sayı durmadan artır

Rusiyada koronavirusdan ölənlərin sayı durmadan artır
DÜNYA
20:43 03.08.2022
329
Rusiyada son sutkada koronavirusa 14 638 yeni yoluxma qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin infeksiyaya nəzarət üzrə federal qərargahı məlumat yayıb. 

Ümumən Rusiya Federasiyasında 18 636 741 nəfər COVID-19 xəstəsi qeydiyyata alınıb, 18 000 314 nəfər sağalıb.

Rusiyada gündə koronavirus 43 nəfərin həyatına son qoyub. Ümumilikdə 382 560 nəfər infeksiyadan dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR