Rusiyada koronavirusdan ölüm halında növbəti rekord qeydə alındı

DÜNYA
19:49 26.10.2021
206
Rusiyada son sutka ərzində daha 36 446 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

AZXEBER.COM bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 8 316 019 nəfərə çatıb.

Son sutka ərzində 1106 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 232 775 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

OXŞAR XƏBƏRLƏR