Rusiyada koronavirusun növbəti dalğası başladı

Rusiyada koronavirusun növbəti dalğası başladı
DÜNYA
15:35 29.09.2021
1262
Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın bəzi bölgələrində yeni növ koronavirusa yoluxmalarda artım olduğunu söyləyib.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, COVİD-19 epidemiyasının dördüncü dalğasının Rusiyada başladığını bildirən Peskov "Bəziləri dördüncü dalğanın başlayacağını söyləyir. Reallıq bəzi bölgələrdə yoluxmalarda artımın olmasıdır" – deyə bildirib.
 
Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 852 nəfər həyatını itirib. Bu, epidemiyanın başlanmasından bu yana ən yüksək gündəlik həyat itkisidir.

Qeyd edək ki, virusdan ölənlərin ümumi sayı 205 min 531-ə yüksəlib. Ölkədə son 24 saatda 17 min 368 nəfərin virusdan sağalması ilə ümumi sağalma sayı 6 milyon 635 min 485-ə çatıb. Rusiyada son 24 saatda yoluxma sayı 21 min 559 artaraq 7 milyon 464 min 708 -ə yüksəlib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR