Katarakt

Rusiyada koronavirusun “Qamma” variantı yayıldı

DÜNYA
18:19 22.07.2021
975
Rusiyada koronavirus infeksiyasının "Delta” kimi daha yoluxucu olan "Qamma” variantı yayılıb.

Bu barədə "İnterfax” "Vekor” elmi mərkəzinə istinadən məlumat yayıb.

"Rusiya Federasiyası ərazisində "Delta” variantı geniş yayılıb və "Qamma” variantı da aşkarlanıb”, - deyə mərkəzdən bildirilib.

Qeyd olunur ki, "Qamma” və "Delta” daha çox yoluxucu olduğundan və anticisimlərin təsirini azalda bildiyindən "narahatlıq doğuran” kateqoriyasına aid edilib.

OXŞAR XƏBƏRLƏR