Rusiyada öldürülən 17 yaşlı azərbaycanlı tələbənin nəşi Gəncəyə göndərildi - VİDEO

Rusiyada öldürülən 17 yaşlı azərbaycanlı tələbənin nəşi Gəncəyə göndərildi - VİDEO
SOSİAL
21:22 15.06.2020
1622
Rusiyanın Volqaqrad şəhərində xüsusi amansızlıqlq qətlə yetirilən 17 yaşlı həmvətənimiz Timur Valeri oğlu Qavlirovun nəşi Gəncə şəhərinə göndərilib. Mərhumun Gəncə şəhərində anası yaşayır və Timir Qavlirov Gəncə şəhərində torpağa tapşırılacaq.

AZXEBER.COM-un baku.ws-ə istinadən verdiyi məlumata əsasən, nəşin Azərbaycana göndərilməsində Azərbaycanın Rusiyadakı səfirliyinin, həmçinin Volqaqrad şəhərində yaşayan azərbaycanlıların xüsusi köməyi olub.

Məlumat üçün bildirək ki, Timur Qavlirov iyunun 13-də xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib.

Azərbaycanın Rusiyadakı səfirliyi cinayət işinin istintaqını nəzarətə götürüb. Hadisəni törədən şəxs və ya şəxslərin həbs olunması ilə bağlı bütün tədbirlər səfərbər edilib.

OXŞAR XƏBƏRLƏR