Rusiyada ölənlər arasında Azərbaycan vətəndaşları var?

Rusiyada ölənlər arasında Azərbaycan vətəndaşları var?
DÜNYA
11:49 26.03.2018
1915

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır. 

AZXEBER.COM report-a istinadən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR