Rusiyada mədəndə qəza zamanı onlarla şaxtaçı itkin düşüb

DÜNYA
23:00 25.11.2021
594
Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəzadan sonra 35 şaxtaçının taleyi naməlum olaraq qalır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan jurnalistlərə bildirib.

Son məlumatlara görə, mədəndə baş verən qəzada ölənlərin sayı 14 nəfərə çatıb.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin "Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

OXŞAR XƏBƏRLƏR