Rusiyanın Samara vilayətində 14 yaşlı yeniyetmə tərəfindən məktəbə hücum cəhdinin qarşısı alınıb.
Məlumata görə, o, FSB əməkdaşları tərəfindən saxlanılıb.
Yeniyetmənin evinə baxış zamanı 6 şüşə molotov kokteyli, aseton və alüminium tozu götürülüb.
İddialara görə, yeniyetmə partlayıcı qurğu yığmaq niyyətində olub.
Dindirilmə zamanı şagird məktəbə hücum edərək müəllimləri və sinif yoldaşları ilə hesablaşmaq niyyətində olduğunu etiraf edib.
Hadisə ilə bağlı cinayət işi açılıb.