Rusiyada məscidi təhqir etdilər

Rusiyada məscidi təhqir etdilər
DÜNYA
20:00 21.04.2015
1574
Polis araşdırma aparır.
Rusiyanın Voloqodsk vilayətinin polisi məscid darvazasında yazılarla bağlı araşdırmaya başlayıb.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, məscidin darvazasında “Voloqda Qafqaz deyil”, “Vətəninə qayıt” sözləri yazılıb və svastika təsviri çəkilib.
“İstintaq-əməliyyat qrupu işi başa çatdırıb, istintaq öncəsi yoxlama aparılır. Toplanmış materiallar linqvistika ekspertizasına göndərilib”, - DİN-nin regional idarəsindən bildirilib.
Qeyd olunur ki, məscidin darvazasındakı yazıların olduğu foto şəkilləri məscidin imamı Nail Mustafin yayıb.
OXŞAR XƏBƏRLƏR