Rusiyada mikroavtobus tramvayla toqquşdu - 8 nəfər xəsarət aldı

Rusiyada mikroavtobus tramvayla toqquşdu - 8 nəfər xəsarət aldı
DÜNYA
19:45 28.12.2022
233
Rusiyanın Barnaul şəhərində tramvayla mikroavtobusun toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Barnaul şəhərinin mərkəzində iki küçənin kəsişməsində baş vermiş qəza nəticəsində bir nəfər uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR