Rusiyada müsəlman kuryerlərə halal olmayan məhsulların daşınması qadağan edilib.
Bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası məlumat yayıb.
Bildirilib ki, müsəlman kuryerlərə spirtli içkilər, qumar oyunları, bütlər, bütpərəst dini əşyalar, donuz əti və halal olmayan ətlərin daşınmasını qadağan etmək barədə fətva verilib.
Fətvaya görə, kuryer qadağan olunmuş əşyaları utilizasiya üçün və ya onların içindəkilərdən əmin olmadıqda daşıya bilər. Əgər bağlamada daha çox icazə verilən mal varsa, o zaman onlarla birlikdə halal olmayan məhsulların daşınmasına icazə verilir.
İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirib ki, kuryerlərə halal olmayan məhsulların çatdırılmasını qadağan edən fətva Rusiya Federasiyasının Konstitusiyasına ziddir.
Onun sözlərinə görə, konstitusiyada təsbit olunmuş dünyəvi dövlət prinsipi dini qurumların dövlət orqanlarının funksiyalarını öz üzərinə götürmək hüququnun olmadığını nəzərdə tutur.
Fadeyev həmçinin qeyd edib ki, bu, vətəndaşların öz işini sərbəst seçmək hüququnu pozur.
\apa